Kimlərə qısaldılmış iş vaxtı təyin edilməlidir? (Nümünəvi əmr forması)

Kimlərə qısaldılmış iş vaxtı təyin edilməlidir? (Nümünəvi əmr forması)

Qeyd edək ki, işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilir.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində
•    16 yaşadək işçilər üçün 24 saatdan artıq,
•    16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq,
•    1-ci, 2-ci qrup əlil olan işçilər üçün 36 saatdan artıq,
•    Hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
Yuxarıda sadalanan kateqoriyalı işçilərlə əmək müqaviləsi bağla nılan zaman diqqətli olmaq lazımdır. belə işçilərlə göstərilən norma dan az olmaqla əmək müqaviləsi bağlanıla bilər, normadan artıq iş saatını nəzərdə tutan müqavilə isə yolverilməzdir.

Qısaldılmış iş vaxtı ilə əmrin nümünəvi forması

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

1 Komment

  1. Nurlanə 16 İyun 2021

    Salam. Bilmək istəyirəm cəmlənmiş uçotla işləyən işçilərə bayramdan 1 gün qabaq qısaldılmış iş saatı şamil olunur yoxsa yox. öncədən təçəkkür edirəm.

Şərh yazın

Xəbərlər