İşçilərin attestasiyası zamanı hansı tələblər gözlənilməlidir?

İşçilərin attestasiyası zamanı hansı tələblər gözlənilməlidir?

 

İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlığı, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqı təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi əgər təşkilatda işçilərin attestasiyası üzrə lazımi mütəxəssis yoxdursa, rəsmi şəkildə kənardan mütəxəsis cəlb oluna bilər.

 

İşçinin müvafiq iş yeri üzrə rəhbəri olan işəgötürən attestasiya komissiyasının üzvü ola bilməz. Eyni zamanda, attestasiyanın aparıldığı sahələrin rəisləri də komissiya üzvü ola bilməzlər. Məsələn, mühasibatlıqda çalışan işçilərin attestasiyası aparılırsa, baş mühasib bu komissiyanın üzvü ola bilməz. Attestasiya komissiyası azı 5 nəfərdən təşkil edilməlidir (Bütün hallarda komissiyanın tərkibi təkrəqəmli ədədlə ifadə olunmalıdır).

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər