Məzuniyyətə görə kompensasiya verilməsi qanunvericliklə necə tənzimlənir?

Məzuniyyətə görə kompensasiya verilməsi qanunvericliklə necə tənzimlənir?

 

İndi isə işçinin əmək müqaviləsinə xitam verilən zaman, əgər məzuniyət hüququ varsa, hansı addımlar atılmalı olduğuna baxaq.

Maddə 143. əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

 

1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi iləmüəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

Maddə 144. istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı  olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

ilk növbədə bildirmək istərdik ki, burada məzuniyyət dedikdə, yaradıcılıq, təhsil və digər məzuniyyət yox, əmək məzuniyyəti başa düşülməlidir. eyni zamanda qeyd edək ki, kompensasiya yalnız əsas məzuniyyət üçün verilir, əlavə məzuniyyət nəzərə alınmır. İşçinin əmək müqaviləsinə xitam verilən zaman onun bir və ya bir neçə iş ili üçün əmək məzuniyyətindən istifadə hüququ varsa, onda işçi həmin il və illərin əmək məzuniyyətini tam olaraq götürə bilər. Yaxud, yarımçıq məzuniyyəti qalıbsa, onu da almaq hüququ var. İşçinin arzusu ilə belə əmək məzuniyyətlərinə kompensasiya, yəni pul əvəzi verilə bilər. Kompensasiyanın hesablanılması da əmək məzuniyyətinin hesablanması qaydası kimidir

 

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın