İşçinin əvəzetməsinin misalla izahı

İşçinin əvəzetməsinin misalla izahı

Tutaq ki, işçi əmək müqaviləsinə görə təşkilatda iqtisadçı vəzifəsində çalışır. İş əsnasında məlum olur ki, təşkilatın əməkhaqqı üzrə mühasibi bir ay üzürlü səbəbdən işdə olmayacaq. İşəgötürən ilə iqtisadçı razılaşır ki, mühasibin əmək funksiyalarını da o yerinə yetirəcək. İqtisadçının əməkhaqqı 200 manat, mühasibin əməkhaqqı isə 250 manatdır.

Bu halda müvəqqəti bir aylıq əvəz etməyə görə iqtisadçıya 250 ilə 200 manat arasındakı fərq - 50 manat əlavə ödəniləcək. Yaxud tutaq ki, hər iki işçinin əməkhaqqı 200 manat təşkil edir. Bu halda iqtisadçı işəgötürənlə razılaşmalıdır ki, müvəqqəti əvəz etməyə görə nə qədər əlavə əməkhaqqı alacaq? Düzdür Məcəllədə belə əvəz etməyə görə norma müəyyənləşdirilməsə də, ödənilən əlavənin məbləği ağlabatan olmalıdır.

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər