Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi necədir?

Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi necədir?

Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlər Kabinetinin 21 aprel 1993- cü il tarixli, 205 saylı qərarı («Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında») ilə müəyyən edilib. Həmin qərara əsasən, iş yerləri dərəcələrlə müəyyənləşdirilir. Bir çox nazirliklərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Vahid Tarif İxtisas-Sorğu kitabçaları təsdiq olunub. Həmin kitabçalarda vəzifələrin dərəcələri, əmək funksiyaları müəyyənləşdirilib. Amma büdcədən maliyyələşən bəzi təşkilatlar da var ki, onlarda dərəcələr tətbiq olunmur, müvafiq normativ aktlara əsasən konkret əməkhaqqılar təyin olunur.

Vahid Tarif İxtisas-Sorğu Kitabçası və vahid tarif cədvəli üzrə işçilərin əməkhaqqının ödənilməsi ancaq büdcədən maliyyələşən təşkilatlar üçün məcburidir. Bəzən təcrübədə DƏM-in mütəxəssisləri bunun belə olmadığını desələr də, Əmək Məcəlləsinin və adıçəkilən qərarın müvafiq maddələrini göstərdikdən sonra onlar razılaşıblar. Bir daha qeyd edirik ki, qeyri-büdcə təşkilatları işçini işə qəbul edən zaman onun əmək funksiyalarını, əməkhaqqının ödənilməsi sistemini, əməkhaqqının məbləğini onunla razılaşdırmaqla sərbəst surətdə müəyyənləşdirirlər.

0 Komment

    Şərh yazın

    Xəbərlər