Qismən ödənişli məzuniyyət nəqədərdir və kimlərin almaq hüququ var?

Qismən ödənişli məzuniyyət nəqədərdir və kimlərin almaq hüququ var?

Uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət də DSMF orqanları tərəfindən təmin olunur.  2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib. Qeyd edək ki, öncələr bu rəqəm müvafiq olaraq Birinci ilyarım üçün bu müavinət hər ay üçün 20 manat, sonrakı ilyarım üçün isə 10 manat idi..

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, habelə istehsalatdan ayrılmaqla ali və orta ixtisas təhsili müəssisələrində, magistraturada (aspiranturada), klinik ordinaturada və texniki peşə məktəblərində ixtisası artıran, yeni ixtisasa yiyələnən, kadr hazırlığı məktəblərində və kurslarında təhsil alan qadınlar, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

 

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.

Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə verilən məzuniyyət başa çatdıqdan sonrakı gün təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına arzusuna uyğun olaraq tam və ya hissə-hissə verilə bilər.

 

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

1 Komment

  1. Gültəkin 26 Aprel 2020

    Salam. Qismən ödənişli sosial məzuniyyətin verilməsi hansı gündən etibarən hesablanır? Uşaq doğulan gündən yoxsa doğuşdan sonra verilən 56 günlük məzuniyyət bitdikdən sonra? Və bu haqda hansı məcəllə və ya qanunda dəqiq göstərilib?

Şərh yazın

Xəbərlər