Hamiləliyə və doğuma görə müavinətin hesablanması ilə bağlı hansı sənədlər tələb olunur?

Hamiləliyə və doğuma görə müavinətin hesablanması ilə bağlı hansı sənədlər tələb olunur?

 

İndi isə hamiləliyə və doğuma görə müavinətin hesablanması ilə bağlı hansı sənədlərin tələb olunmasını aydınlaşdıraq. Qeyd etdiyimiz əsasnaməyə əsasən, həm hamiləliyə və doğuma görə, həm də digər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçilərin əməkhaqqını işəmuzd və vaxtamuzda uyğun almasından asılı olaraq müxtəlif cür hesablanılır.

Vaxtamuzd barədə əvvəlki fəsillərdə ətraflı məlumat vermişik. Misallara keçməzdən əvvəl hamiləliyə və doğuma görə müavinətin alınması üçün Dövlət Sosial Müdafiə Fondu (DSMF) orqanlarına təqdim olunacaq sənədlərin siyahısına nəzər salaq:

 

1. İşə qəbul haqqında əmrdən çıxarış

2. Sosial sığorta şəhadətnaməsinin surəti

3. şəxsiyyət vəsiqəsinin surəti

4. Xəstəlik vərəqəsinin surəti

5. Haqq-hesab cədvəli

6. Protokol

7. DSMF-ə məktub

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın