Müavinətdən hesablanan gəlir vergisi sığortaedən və ya DSMF tərəfindən ödənilməlidir?

Müavinətdən hesablanan gəlir vergisi sığortaedən və ya DSMF tərəfindən ödənilməlidir?

 

Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayevin “MK” jurnalının 25-ci sayına müsahibədən

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4.-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət gəlir vergisindən azad deyildir.

Bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanan gəlir vergisi müavinət alanın vergisi hesab olunur və ödəmə mənbəyindən tutulmalıdır. Əmək   qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaedən tərəfindən hesablandığından bu məbləğə hesablanmış gəlir vergisinin ödənişi müavinətin sığortaedən və DSMF tərəfindən ödəniş nisbətlərinə uyğun olaraq proporsional qaydada həyata keçirilməlidir.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər