İşəgötürən işdən çıxma haqqında ərizə yazan işçini bir aydan çox işdə saxlaya bilər?

İşəgötürən işdən çıxma haqqında ərizə yazan işçini bir aydan çox işdə saxlaya bilər?

 


Əmək müqaviləsinin işçi tərəfindən ləğv olunmasının ən maraqlı halı işçinin 1 ay əvvəlcədən ərizə ilə işəgötürənə müraciət etməsidir. Bu zaman bir ay ərzində işəgötürən tərəfindən bütün tədbirlər görülməlidir ki, ayın sonunda işçi ilə tam olaraq, necə deyərlər, üzülüşsün.

Əgər ərizə daxil olduqdan 1 ay sonra işəgötürən işçini müvafiq əmr ilə işdən azad etməsə, artıq işəgötürənin hərəkətləri qeyri-qanuni hesab edilir (Təbii ki, işçi haqqında hər hansı bir cinayət işi açılmayıbsa, cinayət araşdırması aparılmırsa, məhkəmə işi getmirsə). Bu müddətdən sonra işəgötürən işçini əmrlə işdən azad etməsə, işçi nəzarət orqanı olan DƏM-ə müraciət edə və qurumun vəzifəli şəxsləri həmin təşkilat haqqında ölçü götürə bilər. İşçinin DƏM-lə yanaşı məhkəməyə də müraciət etmək hüququ var.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

 

0 Komment

    Şərh yazın