Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qaydaları necə tənzimlənir?

Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qaydaları necə tənzimlənir?

 

Təcrübədə ən çox rastlaşdığımız məsələlərdən biri də əmək müqaviləsinin ləğv olunmasıdır. Əmək Məcəlləsinin 68 və 69-cu maddələrində əmək müqaviləsinin ləğv olunması qaydaları əks etdirilib.

 

Məcəllənin «Əmək müqaviləsinə xitam verilməsinin əsasları» adlanan 68-ci maddəsində yazılır:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Maddədən də göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ya işçi, ya da işəgötürən tərəfindən həyata keçirilə bilər. Bundan əlavə, müqavilənin müddətinin bitməsi və digər hallarda buna əsas verir. Əvvəlcə, əmək müqaviləsinin işçi tərəfindən ləğv olunması halını nəzərdən keçirək. məcəllənin «Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası» adlanan 69-cu maddəsində göstərilir:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən

həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız

hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin dördüncü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gəlinərək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə getmək, onu əmək müqaviləsinin ləğvinə məcbur etmək qadağandır.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

9 Komment

  1. Orucova Ülviyyə Əli qızı 21 Sentyabr 2019

    Salam sizi Şirvan şəhər 11 saylı tam orta məktəbdə insan haqqları və hüquqlarinin pozulması haqqında məlumat vermək istəyirəm. Mən Sumqayıt Dövlət Universiteti 4 cu kurs tələbəsi Orucova Günay Faiq qızıyam. Mənim anam Orucova Ülviyyə Əli qızı Şirvan şəhər 11 saylı tam orta məktəb də 23 ildir ibtidai sinif müəllimi isləyir. Şirvan şəhərinin maarif müdiri Rövşən Allahverdiyev və məktəb direktoru Rüstəmov Kamandar məktəbi və şəhərdə olan təhsili öz qanunları ilə idarə edir. Mənim anamın haqqları tapdalanır. rüşvətxorluq özbaşınalıq baş alıb gedir susmaq istəmirəm. Sizə bu e-maili yazmaqda məqsədim odur ki mənim atam yoxdu köməy eliyib bu özbaşınalığa qarşı mübarizədə bizə kömək edəsiz. 23 il ölkəsinə millətinə dövlətinə şərəflə ləyaqətlə xidmət edən müəllimin sonu belə olmamalı idi. Bu korrupsiya bu özbaşınalığin qarşısi mütləq alınmalıdır. Cəmiyyət dövlət belə tərəqqi edə bilməz. Xahiş edirəm bu isə baxib köməy edəsiz. Adlarını birdə qeyd edirəm Maarif müdiri Rövşən Allahverdiyev və 11 saylı tam orta məktəbin direktoru Rüstəmov Kamandar. Xahiş edirəm bu özbaşınalığin qarşısi alınsın. Tək ümid yerimiz sizsiz.

  2. Elvjn 19 Noyabr 2020

    Əmək müqaviləm bawqa sahibkarın adında qalıb indi müraciət eləmişəm deyirlər ərizə yaz necə yazılır zəhmət olmasa cavab yazrdiz

  3. Behruz 12 Aprel 2021

    Salam men 7 ildir bir şirkətdə işleyirem ve men.oz isteyimle işden ayrılıram.buna göre mene müavinət ödənilir yoxsa yox? Bunu bilmək istəyirdim zəhmət olmasa

  4. Cavansir 14 Sentyabr 2022

    Salam meni 68 2e cixarlmiwam iwten bu maideye tezminat duwur vede 10 ay iwteyene tezminat duwur?

  5. Bedel 19 Sentyabr 2022

    Salam men bir wirketde iwdeyirdim 1il iwledim meni iwden cixartdilar.mene tezmunat duwur.birde meni hansi matdeynen cixarta bilerler.iw bitdi hardasa 70 nefer var idik her ay cixiwlar olurdu mende cixanda 14 nefer galmiwdir

  6. Sahibkar 14 Dekabr 2022

    Salam əməkdaş 69.1 ci maddənin tələblərini pozarsa sahibkar hansı tədbirlər görə bilər? Zəhmət olmasa ətraflı məlumat verin. «Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası» adlanan 69-cu maddəsində göstərilir: 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

  7. Elshan 10 Fevral 2023

    Salam mecellenin 69 cu maddesinin 4 cu maddesi nece tetbiq edilir.faktiki isci yerindedir ve o stata yeni ischini hansi firmada qebul edib kohne ischini xeberdar etmeliyik ki problem olmasin.onceden tesekkur

  8. Elcin 17 Fevral 2023

    salam 68 ci maddenin 2 ci hissesinde A bendi ile isden azad olduqda yeni ise qebul olanda her hansi bir problem yaradar? zehmet olmasa cavablandirardiniz tesekkur edirem

  9. Novruzlu murad 03 Mart 2023

    Salam mən novruzlu murad menim emek müqavilem açıqdır müdür bağlamır zəhmət olmasa köməklik edin.

Şərh yazın

Xəbərlər