DSMF orqanlarına təqdim olunan B3 hesabatı haqqında məlumat və doldurulmasının misalla izahı

DSMF orqanlarına təqdim olunan B3 hesabatı haqqında məlumat və doldurulmasının misalla izahı

 

İndi isə DSMF orqanlarına təqdim olunan B3 hesabatı haqqında məlumat verək. B3 hesabatının forması müvafiq qaydada təsdiqlənib və sığortaedənlərin işinin yüngülləşdirilməsi üçün DSMF tərəfindən onun proqram təminatı yaradılıb.

Sığortaedənlər bu hesabatı xüsusi proqramda yığıb, çap edə bilərlər. Çap variantı DSMF orqanlarına təqdim olunur. B3 hesabatı illik verilir. Sığortaedənlərin demək olar ki, hamısı 2006, 2007 və 2008-ci illər üçün belə hesabat təqdim ediblər. Hesabat illik verildiyindən bütün hesablaşmalar da illik nəzərə alınır. Hesabatda məlumatlar hər bir işçi üçün ayrı-ayrılıqda doldurulur. İl ərzində işçiyə hesablanan əməkhaqqı və əmək haqqına görə hesablanmış və ödənilmiş 3% və 22%-lik məcburi dövlət sosial sığorta haqqının məbləği göstərilir.

 

Tutaq ki, bir ildə işçiyə hesablanmış əməkhaqqı 800 manat, 25% M.D.S.S haqqı isə 200 manat olub. İl ərzində həmin işçi üçün də ödənilmiş M.D.S.S haqqı 170 manat olarsa, onda hesabatda əməkhaqqı yerinə 800 manat, M.D.S.S haqqı yerinə isə 170 manat qeyd olunacaq.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

1 Komment

  1. Samiye 08 Aprel 2020

    Kartin yoxlanmasi

Şərh yazın

Xəbərlər