Dövlət Əmək Müfəttişliyinin yoxlamları necə növü olur və hansı sənədlər təqdim edilməlidir?
“Əmək Münasibətləri: A-dan Z-yə kitabından seçmə”
İlk növbədə qeyd edək ki, Xidmətin yoxlamaları qrafikə əsasən və növbədənkənar ola bilər. Belə ki, qrafikə uyğun yoxlamalar əsasən (praktiki olaraq) ildə bir dəfə olur. Amma daxil olan şikayətlər, bəzi hallarda operativ nəzarəti həyata keçirmək üçün növbədənkənar yoxlamalar aparıla bilər. Yoxlamalar zamanı xidmətin vəzifəli şəxsləri vəsiqə təqdim etməlidirlər. Vəsiqələr nömrəli olur və ciddi hesabat sənədidir.
Bundan əlavə, yoxlama aparmaq üçün Ədliyyə Nazirliyində reyestrdən çıxarış doldurulmalıdır. Həmçinin, Xidmətin vəzifəli şəxsləri yoxlamaya hökmən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi ilə gəlməlidir. Və yoxlamaya başlamamışdan əvvəl işəgötürənin nəzarət kitabçasında qeydlərini aparmalıdırlar.
0 Komment
Şərh yazın