Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə hansı hallarda tətbiq olunmamılıdır?

Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə hansı hallarda tətbiq olunmamılıdır?

İnzibati Xətalar Məcəlləsindən çıxarış:

53.3 işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə—

  • vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

Bu cərimə ilə bağlı bir neçə vacib məqama toxunmaq istəyirik. Bəzi hallarda təşkilatlarda minimum əməkhaqqıdan az əməkhaqqı verirlər. Məsələn, tutaq ki, müəssisədə normal iş vaxtı 8 saatdır və hər hansı bir iş yeri üçün əməkhaqqı 150 manat müəyyənləşdirilib. Müəssisə də həmin iş yerinə natamam iş vaxtı ilə 4 saat işləməklə işçi cəlb edir. Belə olan halda həmin işçinin əməkhaqqı 75 manat olacaq.
Göründüyü kimi bu, minimum əməkhaqqıdan aşağıdır. Təcrübədə xidmətin vəzifəli şəxsləri buna etirazlarını bildirir və cərimə tətbiq etməyə cəhd göstərirlər. Ancaq bu, düzgün yanaşma deyil. Belə ki, müəəssisədə normal iş vaxtı üçün normal əməkhaqqı nəzərdə tutulub, sadəcə, işçi natamam iş vaxtı ilə işlədiyinə görə ştat üzrə müəyyənləşdirilən əməkhaqqının yarısını alır. Yaxşı olardı, təşkilatlarda ştat cədvəli tutulsun ki, bunu sübüt etmək mümkün olsun. Yuxarıda qeyd olunan cərimə işçiyə normal iş vaxtı üçün minimum əməkhaqqıdan az əməkhaqqı verilən zaman tətbiq olunur.

0 Komment

    Şərh yazın

    Xəbərlər