Işçilərin attestasiyası zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?

Işçilərin attestasiyası zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?

 

Əmək Məcəlləsində işçilərin attestasiyası da nəzərdə tutulub. Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə» 23 may 2001-ci il tarixli, 97 saylı qərarı var. İşçilərin attestasiya məsələsində tələblər başqadır. Belə ki, işçilər, bəzi kateqoriyaları istisna olmaqla, attestasiyadan keçməlidirlər. İş yerlərinin attestasiyası xüsusi hallarda həyata keçirilsə də, işçilərin attestasiyası bütün iş yerlərində çalışanları əhatə etməlidir.

 

Aşağıdakı işçilərin attestasiyadan keçirilməsi istisna olunur:

 

– Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər;

– Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş işçilər;

– Bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;

– Hamilə qadınlar;

– Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

– Yaşı 18-dən az olan işçilər;

– Bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;

– Eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

– Kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər.

Attestasiya yalnız müvafiq iş yerində azı bir il çalışan işçilərə şamil olunur. Hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan

keçirilə bilər. İşçi əmək müqaviləsi bağladıqdan sonra bir il işləməmişsə, həmin işçinin attestasiyadan keçirilməsi qanuna ziddir. İşçinin 3 ildən bir

attestasiyasının keçirilməsi tələbi o demək deyil ki, təşkilat işçini yalnız 3 ildən bir attestasiya edə bilər. Əgər ehtiyac olarsa, təşkilat rəhbərliyinin

qərarı ilə ildə bir dəfə, ildə iki dəfə və ya 2 ildə bir dəfə işçilərin attestasiyasının aparılması mümkündür. Sadəcə, attestasiya keçirilən zaman bir

ili tamam olmamış və son attestasiyasından 3 il ötməmiş işçilər nəzərə alınmalıdır. Onlar attestasiyadan keçirilməməlidir.

 

 

0 Komment

    Şərh yazın