Müəssisənin ləğv olunması, işçi və ştatların (iş yerlərinin) ixtisar zamanı 2-ci və 3-cü ayda işçiyə hansı hallarda əmək haqqı ödənilir?

Müəssisənin ləğv olunması, işçi və ştatların (iş yerlərinin) ixtisar zamanı 2-ci və 3-cü ayda işçiyə hansı hallarda əmək haqqı ödənilir?

 

Müəssisənin ləğv olunması, işçi və ştatların (iş yerlərinin) ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verildikdə işçilərə aşağıdakı ödənişlər edilir:
- Orta əməkhaqqıdan az olmamaqla işdənçıxarma müavinəti verilir;
- İşdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı məbləğində ödəniş edilir.

 

Təcrübədə bəzi hallarda təşkilat rəhbərlərinin belə işçilərə iki və ya üç aylıq əməkhaqqı məbləğində müavinət verməsi ilə qarşılaşırıq. Burda bir şeyi qarışdırmaq olmaz. Birinci ödəniş müavinət, ikinci və üçüncü aylar üçün ödənilən məbləğ isə əməkhaqqı sayılır. Ödənilən müavinətə görə heç bir sənəd tələb olunmur, amma ikinci və üçüncü aylara görə əməkhaqqının ödənilməsi üçün işçi hökmən ərazi üzrə məşğulluq idarəsində işsiz kimi qeydiyyatda durmalıdır. Əgər ikinci ay işçi hər hansı bir işlə təmin olunmazsa, onda məşğulluq idarəsi bu barədə arayış verir. Həmin arayış əsasında işçiyə köhnə iş yerindən əməkhaqqı ödənilir və bu proses üçüncü ay da tətbiq olunur.

 

 

1 Komment

  1. Vüsal 06 İyul 2020

    Salam işden öz raziligim ilə erize yazıb çıxdıqda , yaşadığım şeher meşgulluq merkezinde qeydiyyata düşe bilərəmmi,? Xahiş edirem bunu cavablandırariz vacibdir ve hansı hallarda muavinat ala bilərəm.

Şərh yazın