İşçi iş ilində rəhbər vəzifəyə keçirildikdə, məzuniyyət günlərinin hesablanmasının misalla izahı
Burada bir maraqlı sual da meydana sıxır. Tutaq ki, işçi 01.02.2010-ci il tarixində işə qəbul edilib, əmək müqaviləsində nəzərdə tutulub ki, onun əsas məzuniyyət günü 21 təqvim günü olacaq. 01.10.2010-ci il tarixində, hələ əmək məzuniyyətindən istifadə etməmiş işçi rəhbər vəzifəyə keçirilib və əmək müqaviləsinə müvafiq əlavələr olunub və ya onunla yeni əmək müqaviləsi bağlanılıb. Bu zaman işçi neçə günlük əmək məzuniyyətindən istifadə edə bilər?
Qeyd edək ki, işçi bir təşkilatda iş yerinin dəyişəndə yeni əmək müqaviləsi bağlanarsa, köhnə əmək müqaviləsi ləğv olunur. Bu, əmək müqaviləsinin xitamı kimi qəbul olunmur və istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilmir. İşçiyə 01.02.2008-ci il tarixindən 01.10.2008-ci il tarixinə kimi olan 8 ay müddətinə görə 21 günlük əsas məzuniyyət hüququ ilə 14 gün əmək məzuniyyət düşür. Yerdə qalan 4 ay üçün isə 30 gün əsas məzuniyyət hüququ ilə 10 gün əmək məzuniyyəti hesablanır. Beləliklə, işçi birinci iş ilinə görə 24 günlük əmək məzuniyyətindən istifadə edə bilər.
0 Komment
Şərh yazın