İşçi məzuniyyətdən geri cağırıldıqda qayıtmaya bilər?

İşçi məzuniyyətdən geri cağırıldıqda qayıtmaya bilər?

Bəs, işçi əmək məzuniyyətində olduğu müddətdə təşkilatın rəhbərliyi onu geri, işə çağıra bilərmi? İşçi əmək məzuniyyətini yarımçıq qoya bilərmi? Təcrübədə dəfələrlə bu məsələ ilə bağlı işçilərin narazılıqları ilə rastlaşmışıq, iradlarını eşitmişik. İşçinin əmək məzuniyyətindən geri çağırılması müstəsna hallarda işəgötürən tərəfindən həyata keçirilə bilər.İşəgötürən xırda səbəbə görə işçini geri çağıra bilməz.

İstehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir. İşəgötürən tərəfindən verilən əmrdə hökmən işçinin geri çağırılmasının səbəbi göstərilməlidir. Səbəb əsaslı olmalıdır. Məsələn, istehsalatda hər hansı bir bədbəxt hadisə baş versə, fors-major

halları olsa (yanğınlar, sel, digər təbii fəlakət və s. ), əvəz olunması vacib məsul şəxs vəfat etsə və digər analoji hallarda işçi məzuniyyətdən geri çağırıla bilər. Əmrdə işçinin əmək məzuniyyətindən geri çağırıldığı günlərinin taleyi də qeyd olunmalıdır. İşçi əmrlə tanış olmalıdır, əks təqdirdə bu, işçinin hüquqlarının pozulması sayılır. İşçi əmrlə tanış olmursa, razılaşmırsa, onda o, əmək məzuniyyətindən geri çağırılmış sayılmır və işçi əmək məzuniyyətini davam etdirə bilər.

0 Komment

    Şərh yazın

    Xəbərlər