Məzuniyyət hesablanan zaman nəzərə alınmayan ödənişlərin siyahısı

Məzuniyyət hesablanan zaman nəzərə alınmayan ödənişlərin siyahısı

Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 saylı qərarında məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı verilib:

Nəzərə alınmayan ödənişlər:

birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);

işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;

əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi;

maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;

ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;

ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;

işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;

qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);

sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;

istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;

yarım, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;

gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;

mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr.

istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər