Əməkhaqqı ödənişinin digər formasına aid misal

Əməkhaqqı ödənişinin digər formasına aid misal

Əməkhaqqı ödənişinin digər formalarını isə, artıq Əmək Məcəlləsi işçi ilə işəgötürən arasında sərbəst formalaşdırır. Belə əməkhaqqı ödənişləri haqda əvvəlki fəsillərdə qısa məlumat vermişdik. Əmək müqaviləsi fəslində iş vaxtı normaları haqqında danışanda normalaşdırılmamış iş vaxtına toxunmuşduq.Bir misal üzərində əməkhaqqı ödənişinin başqa bir sisteminə nümunə göstərək.

Tutaq ki, işçi təşkilata baş mühasib vəzifəsinə işə qəbul olunub. İşçi işəgötürənlə razılaşıb ki, onun iş vaxtı normalaşdırılmayıb, yəni həftəlik iş saatlarının miqdarı məyyənləşdirilməyib. Sadəcə, işçi səhər saat 9.00-dan axşam saat 18.00-ə kimi istənilən vaxt gəlib baş mühasibə aid olan əmək funksiyaların yerinə yetirə bilər və istədiyi vaxt işdən gedə bilər.Əmək müqaviləsində də göstərilib ki, baş mühasibə aylıq olaraq 300 manat əməkhaqqı veriləcək. Göründüyü kimi əməkhaqqının bu ödəniş forması nə vaxtamuzd və nə də işəmuzd ödəniş sisteminə uyğun gəlir. Təcrübədə belə hallar çox olur və işçi və işəgötürən bilmirlər ki, bunu necə rəsmiləşdirsinlər. Məsləhətdir ki, belə hallar yuxarıdakı formada rəsmiləşdirilsin. Burada heç bir qanun pozuntusu yoxdur.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər