10 ildən artıq işləyən işçilərə sınaq müddəti tətbiq oluna bilər?

10 ildən artıq işləyən işçilərə sınaq müddəti tətbiq oluna bilər?

Təcrübədə tez-tez yanlış bir yanaşma ilə qarşılaşırıq ki, sınaq müddəti ancaq yeni işə başlayan işçilər üçün təyin olunmalıdır. Ancaq bu belə deyil, sınaq müddəti əmək stajından asılı olmayaraq istənilən işçiyə təyin oluna bilər. Ümümiyyətlə, Əmək Məcəlləsinin «Sınaq müddəti müəyyən edilməyən hallar» adlanan 52-ci maddəsində göstərilir:
Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:
Yaşı 18-dən az olan şəxslərə;
Müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara;
Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işəgötürülən şəxslərə;
Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
İki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər