Əmək müffətlişliyi işçiyə əmək məzuniyyətinin verilməməsinə və ya işçinin məzuniyyət hüquqlarının pozulmasına görə təşkilatı nə qədər cərimə edir?

Əmək müffətlişliyi işçiyə əmək məzuniyyətinin verilməməsinə və ya işçinin məzuniyyət hüquqlarının pozulmasına görə təşkilatı nə qədər cərimə edir?

Kitabın digər fəsillərində əməkhaqqının, məzuniyyətin hesablanılmasında edilən nöqsanlara və onların təmin olunmamasına görə işəgötürənlərin məsuliyyət daşıdığını və cərimələrin tətbiq olunduğunu bildirmişdik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, aşağıdakı cərimələr tətbiq olunur:
53. 4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə —

§ vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.
53. 5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə — § vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir
Göründüyü kimi cərimələr kifayət qədər böyükdür. Cərimələr Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxslərinin qanuna müvafiq qaydada yoxlamaları zamanı nöqsanlar üzə çıxdıqda tətbiq olunur. Eyni zamanda işçinin şikayəti əsasında qanuna müvafiq qaydada Müfəttişlik araşdırmalar apara bilər və belə pozuntular olarsa, cərimələr tətbiq edə bilər.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın