Qismən ödənişli məzuniyyətin məbləği nə qədərdir və necə hesablanır?
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, habelə istehsalatdan ayrılmaqla ali və orta ixtisas təhsili müəssisələrində, magistraturada (aspiranturada), klinik ordinaturada və texniki peşə məktəblərində ixtisası artıran, yeni ixtisasa yiyələnən, kadr hazırlığı məktəblərində və kurslarında təhsil alan qadınlar, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.
Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir. Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə verilən məzuniyyət başa çatdıqdan sonrakı gün təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına arzusuna uyğun olaraq tam və ya hissə-hissə verilə
Şərh yazın
0 Komment