İşçi əmək məzuniyyətinə istənilən vaxt çıxa bilər?

İşçi əmək məzuniyyətinə istənilən vaxt çıxa bilər?

 

Maraqlı məsələlərdən biri işçinin əmək məzuniyyətinə vaxt çıxa bilməsidir. İşçi istənilən vaxt əmək məzuniyyətinə çıxa bilərmi? Onu da qarışdırmayaq ki, əmək məzuniyyətindən istifadə etmək hüququnun yaranması başqa anlayışdır, əmək məzuniyyətinə çıxmaq başqa. Məsələn, işçinin birinci ili üçün altı aydan sonra əmək məzuniyyətindən istifadə etmək hüququ var. İndi baxaq görək, həmin işçi altı aydan sonra həmin məzuniyyətdən istifadə edə bilirmi? Əmək Məcəlləsində məzuniyyətlərin verilməsinin növbəlilik anlayışı var.

Məcəllədə göstərilir ki, əmək məzuniyyətləri növbəlilik prinsipi əsasında verilməlidir. Bütün işəgötürənlərdə istehsalın işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. İstənilən təşkilat üçün belə bir cədvəlin tərtib olunması məcburi deyil. Tutaq ki, müəssisədə 5 nəfər işçi çalışır. Əlbəttə ki, belə bir müəssisədə əmək məzuniyyətlərinin növbəlilik uçotu cədvəlinin aparılmasına ehtiyac yoxdur. Amma orta iri müəssisələrdə belə nümünəvi uçotun aparılmasına ehtiyac var. Həmçinin, əmək məzuniyyətinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilməlidir

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər