Müəssisə daxilində vəzifə dəyişikliyi zamanı işçiyə sınaq müddəti tətbiq edilməlidir?

Müəssisə daxilində vəzifə dəyişikliyi zamanı işçiyə sınaq müddəti tətbiq edilməlidir?

Uzun müddət vəzifədə çalışan işçi təşkilatdaxili başqa işə keçirilməsi məsələsinə gəlincə isə, Əmək Məcəlləsində sınaq müddətinin təyin olunması ilə bağlı bir məhdudiyyət yoxdur. Məcəlləyə əsasən, əmək müqaviləsi bağlanılan işçiyə işəgötürən tərəfindən sınaq müddəti təyin oluna
bilər. Qeyd etdiyimiz kimi, işçinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ya əmək müqaviləsində müvafiq dəyişikliklər, ya da yeni əməkmüqaviləsi bağlanılması yolu ilə rəsmiləşdirilir. Başqa işə keçiriləndə yeni əmək müqaviləsi bağlanılması halı nəzərdə tutulduğu üçün, sınaq müdəti
də təyin oluna bilər. Amma təcrübə göstərir ki, bu, düzgün addım deyil. Belə ki, təşkilatda uzun müddət işləmiş işçi artıq özünü tam doğrultduğu üçün daha yüksək vəzifəli işə keçirilməsi barədə işəgötürənlə razılaşıb. Məhz buna görə sınaq müddətinin təyin olunmaması məsləhətdir. Bildiyimiz kimi sınaq müddəti işçinin peşəkarlığının aşkarlanması üçün müəyyənləşdirilir. İşçi təşkilat daxilində daha yüksək vəzifəli işə keçirilirsə, demək o artıq özünü təsdiqləyib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər