Təhsil məzuniyyəti haqqında anlayış və hesablanma qaydasının misalla izahı

Təhsil məzuniyyəti haqqında anlayış və hesablanma qaydasının misalla izahı

 

Məzuniyyətlərin daha bir forması ödənişli təhsil məzuniyyətləridir.

Maddə 123. Ödənişli təhsil məzuniyyətləri

1. İşləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzu-

niyyətləri verilir:

a) Müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

b) Dövlət imtahanlarını vermək üçün;

c) Diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

2. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177- ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.

 

Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri

 

1. Ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20 təqvim günü, qalan kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

2. Orta ixtisas məktəblərinin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 10 təqvim günü, qalan kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.

3. Ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas məktəblərinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

4. Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təvim günü müddətində məzuniyyət verilir.

5. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

6. Peşə məktəblərində, peşə litseyləndə istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

7. Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

8. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları

ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Ödənişli təhsil məzuniyyətindən istifadə etmək üçün işçi ərizə ilə müraciət etməli, eyni zamanda təhsil müəssisəsindən arayış gətirməlidir ki, həqiqətən də müəyyən müddətdə sadalanan hər hansı bir təhsili alacaq.

 

İndi isə təhsil məzuniyyətinin hesablanmasına dair nümunələrə baxaq.

Tutaq ki, işçinin aprel 2009-cu ildə əməkhaqqı 200 manat, may 2009-cu ilə isə 250 manat olub. İşçi iyun 2009-cu ildən 30 təqvim günündə ödənişli təhsil məzuniyyətinə çıxır. Belə məzuniyyəti hesablamaq üçün məzuniyyətdən qabaqkı 2 ayın əməkhaqqıları cəmlənir, həmin aylardakı iş günlərinin sayına bölünür, sonradan 30 təqvim məzuniyyət günündə olan iş günlərinin sayına vurulur.

Fərz edək ki, apreldə 24 iş günü, mayda isə 26 iş günü, 30 günlük məzuniyyətin təsadüf etdiyi iyun ayında isə 25 iş günü var. Onda hesablama belə olacaq:

(200 manat + 250 manat ) / (24 iş günü + 26 iş günü) = 450 manat / 50 iş

günü = 9 manat * məzuniyyətdə olan 25 iş gününə = 225 manat. Deməli, işçi dövlət imtahanlarının verilməsi ilə əlaqədar ödənişli təhsil məzuniyyətində olduğu müddətdə 225 manat məzuniyyət haqqı almalıdır.

 

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər