 
                                Məzuniyyətin hesablanması qaydası və misalla izahı
	 Əmək məzuniyyətinin verilməsi, rəsmiləşdirilməsi qaydaları haqqında geniş məlumat verdik. İndi isə məzuniyyət haqqının hesablanılması qaydalarına nəzər yetirək. Məzuniyyət haqqını hesablamaq üçün ilk növbədə orta əməkhaqqını tapmaq lazımdır. Əmək Məcəlləsinin 140-cı maddəsində (Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi) yazılır:
Əmək məzuniyyətinin verilməsi, rəsmiləşdirilməsi qaydaları haqqında geniş məlumat verdik. İndi isə məzuniyyət haqqının hesablanılması qaydalarına nəzər yetirək. Məzuniyyət haqqını hesablamaq üçün ilk növbədə orta əməkhaqqını tapmaq lazımdır. Əmək Məcəlləsinin 140-cı maddəsində (Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi) yazılır:
	1. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
	2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
	3. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
	4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
	5. İşçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
	6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablana bilər.
	7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
	
	İndi isə əmək məzuniyyətinin hesablanılmasına bir misal gətirək. Tutaq ki, işçi 01.02.2008-ci il tarixində əmək müqaviləsi ilə işə daxil olub. İşçi birinci iş ili - 01.02.2008-ci il tarixindən 01.02.2009-cu il tarixinə kimi olan dövr üçün 24.01.2009-cu ildə ərizə yazıb ki, onu fevral 2009-cu il tarixindən 30 gün müddətində əmək məzuniyyəti ilə təmin etsin. İşəgötürən də bunu təmin edib və qanuna uyğun rəsmiləşdirib. İşçinin əməkhaqqı aşağıdakı kimi olub:
	Fevral 2008 -100 manat
	mart 2008 -100 manat
	aprel 2008 -120 manat
	may 2008 -120 manat
	iyun 2008 -120 manat
	iyul 2008 -120 manat
	avqust 2008 -150 manat
	sentyabr 2008 -150 manat
	oktyabr 2008 -150 manat
	noyabr 2008 -150 manat
	dekabr 2008 -150 manat
	yanvar 2009 -150 manat
	CƏMİ: -1580 manat
	Buradan aydın olur ki, işçi 12 ay işləyib və məzuniyyətə çıxıb. Odur ki, hesablama bu formada olacaq: 1580/12 = 131,67 /30,4 = 4,33 manat
	* 30 gün = 129, 93 manat. İşçinin məzuniyyət haqqı 129, 93 manat təşkil edir.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
	Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
	4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini office@mks.az adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									.jpg) 
									 
									 
									%20(1).jpg) 
									 
									
0 Komment
Şərh yazın