İşçi vəfat etdikdə müavinət necə hesablanır və hansl sənədləşmələr aparılmalıdır?

İşçi vəfat etdikdə müavinət necə hesablanır və hansl sənədləşmələr aparılmalıdır?

İşçi vəfat etdikdə əmək müqaviləsinin ləğv olunmasına əsas kimi yaxşı olardı ki, onun ölüm haqqında şəhadətnaməsinin surəti qohumları tərəfin-
dən işlədiyi təşkilata təqdim edilsin. Vəfat etmiş işçinin qohumlarına müavinət ölüm haqqında şəhadətnamə əsasında verilir.İşçi vəfat etdikdə əmək müqaviləsi ləğv olunur. Bu zaman vəfat edən işçinin vərəsələrinə onun orta aylıq əməkhaqqının 3 misli miqdarında müavinət verilməlidir. Müavinətin h esablanması üçün vəfat edən işçinin ölüm haqqında şəhadətnaməsi iş yerinə təqdim olunmalıdır. Sonra müvafiq əmr verilməli və şəhadətnamənin surəti əmrə tikilməlidir. Belə bir əmrin nümunəsini əvvəlki fəsillərdə göstərmişik. Bu halda da işçinin müavinətini hesablamaq üçün yuxarıdakı misallarda olduğu kimi son 2 aya görə orta aylıq əməkhaqqı hesablanılır və 3-ə vurulur.

İşçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir.

6 Komment

  1. Senan 28 Fevral 2022

    Salam menim anam Xanlarova Keramet Müseyib qizidi 1986ci ilden muellim isdeyir 2022ci ilin fevralin 10da vefat edib onun olum pulusu nece hesablanacaq

  2. KƏMALƏ 25 İyul 2022

    SALAM.VƏFAT ETMİŞ İŞÇININ QOHUMLARINA MÜAVİNƏT ÖLÜM ŞƏHADƏTNAMƏSİ ƏSASINDA VERİLƏRKƏN HƏR HANSI QOHUMDAN VƏRƏSƏLİK HAQQINDA NOTARİUSDAN TƏSDİQ OLUNMUŞ SƏNƏD LAZIMDIRMI YOXSA ÖLÜM HAQQINDA SƏNƏD KİFAYƏTDİR?

  3. Ülfət 03 Avqust 2022

    Salam İşçi 03.08.2022 tarixində vəfat edib.2022-şi ilin iyul ayında 10 gün iş günü,15 gün məzuniyyət günü hesablanıb,ödənilib. Bu vəziyyətdə müavinat necə hesablanır?

  4. Babayev Fuad 14 Noyabr 2022

    Salam. Qardaşım Polis şöbəsində işləyirdi. Vəfat edib. Ay ərzində hər gən işə gedib gəlirdi. Ama iş günü həftədə 6 gün idi. Onun dəfn pulu nə qədər olmalıdır?

  5. Elshen 04 Dekabr 2022

    Salam vəfat edən şəxs işinə xitam verilirsə onun yerdə qalan məzuniyyəti hesablanır?

  6. Cabir 02 Fevral 2023

    Salam. İşçinin vəfat etməsi səbəbi ilə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab hesablanmalıdırmı? Əgər hesablanmalıdırsa, həmin məbləğ işçinin müavinəti ödənilən qohumuna ödənilə bilərmi? Çünki artıq əməkhaqqı kartına köçürmək olmur həmən pulu. Vərəsəlik də çox uzun çəkən prosesdir. Yəni müavinəti alan (dəfni təşkil edən) qohumu ərizə ilə müraciət edərsə, müəssisə həmin pulu ona ödəyə bilərmi?

Şərh yazın

Xəbərlər