Uşaq doğumuna görə birdəfəlik müavinəti alınması prosesinin izahı

Uşaq doğumuna görə birdəfəlik müavinəti alınması prosesinin izahı

Uşaq doğumuna görə birdəfəlik müavinət işləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzi vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşağa görə
verilir.
Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müəyyən
edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olma-
yaraq verilir. Uşaq ölü doğulduqda müavinət verilmir.
Müavinətin təyin olunması üçün aşağıdakı sənədlər DSMF orqanına təqdim olunmalıdır:
1. Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatının (VVADQ) aparan orqanlar tərəfindən verilmiş arayış;
2. Xəstəxanadan verilmiş uşağın doğulmasını təsdiq edən arayış;
3. Haqq-hesab cədvəli;
4. Protokol;
5. DSMF orqanına ünvanlanmış məktub;
6. Yaşayış yerindən arayış;
7. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər