Möhürsüz fiziki şəxslə bağlanan əmək müqaviləsinin notariusda təsdiqinə ehtiyac var?
Bəzən müvafiq nəzarət-yoxlama qurumlarının nümayəndələri tələb edirlər ki, əmək müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Bu tələb daha çox işəgötürən möhürsüz fiziki şəxs olduqda edilir.
Sahibkarlıqla məşğul olan fiziki şəxsin möhürünün olması vacib deyil. Fiziki şəxsin möhürünün yoxluğu o demək deyil ki, o, işçi işə götürə, onunla əmək müqaviləsi bağlaya bilməz. Sahibkar fiziki şəxsin möhürü yoxdursa, o, işçi götürdükdə, onunla əmək müqaviləsi bağladıqda, imzası kifayət edir. Hər hansı nəzarət orqanının belə əmək müqavilələrinin notarial qaydada təsdiqini tələb et məsi Əmək Məcəlləsi ilə qadağandır.
Cünki, Əmək Məcələsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən Əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın