İşçi təqvim ilində 9 aylıq müddətinə ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilər?

İşçi təqvim ilində 9 aylıq müddətinə ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilər?

 

Satışı  yekinlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 129-cu, “Ödənişsiz məzuniyyətlərin növləri” maddəsinin birinci hissəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 

Maddədən göründüyü kimi, ödənişsiz məzuniyyətin verilməsi iki halda baş verir:

- işçinin xahişi;

- tərəflərin razılığı ilə.

Əmək Məcəlləsinin 129-cu maddəsinin ikinci hissəsinə əsasən, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

Əmək Məcəlləsinin 130-cu maddəsində sırf işçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətin maksimal müddəti müəyyən edilib. Təcrübədə rast gəlinir ki, işçi şəxsi məsələlərini həll etmək üçün bir ay müddətində ödənişsiz məzuniyyət hüququndan istifadə etmək istəyir. Bu halda artıq işəgötürənin razılığı lazımdır.

Maddədən göründüyü kimi, uzunmüddətli ödənişsiz məzuniyyət üçün mütləq hər iki tərəfin razılığı vacibdir və bu müddət 6 aydan çox olmamalıdır.

Maddədə diqqət yetiriləsi bir xüsusi məqama da aydınlıq gətirmək istəyirik. Maraqlıdır ki, 6 aydan çox olmayan müddət bir təqvim ilinə şamil olunmalıdır? Maddədə konkret dövr qeyd edilməlidiyindən, işəgötürənin razılığı ilə işçinin ödənişsiz məzuniyyət dövrünün hər 6 aydan bir təkrar rəsmiləşdirilməsində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Mİsal.  İşəgötürən və işçi arasında razılışmaya əsasən, işçi 1 mart 2021-ci il tarixdən 6 aylıq ödənişsiz məzuniyyətə gedir. İşçi 1 sentyabr 2021-ci ildən işə çıxmalı olduğu halda, işəgötürənlə razılaşma əsasında daha 6 aylıq ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilər.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər