Vergi ödəyicisi ötən ayın 18-də düzəlişə göndərilən elektron qaimə-fakturani cari ayın 7-sində düzəliş edə bilər?
Dövlət Vergi Xidməti suala aydınlıq gətirir
Sual: Noyabr ayının 15-i e-qf göndərmişiksə, qarşı tərəf həmin e-qf-nı 18 noyabr tarixində (5 günlük müddətdə) düzəlişə göndəribsə, biz, həmin eqf-nı 07 dekabr tarixində düzəliş edib, geri qaytara bilərikmi? Və biləriksə, hansı dövrün ƏDV bəyannaməsində nəzərə almalıyıq? Əgər ümumiyyətlə düzəliş etməsək, hansı vaxtda sistem tərəfindən ləğv edilməlidir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir.
Qaydaların 2.5.1-ci bəndinin müddəalarına əsasən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi halda, elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir.
Qaydaların 2.8-ci bəndinə əsasən elektron qaimə-fakturanın seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanın gücləndirilmiş elektron imza vasitəsilə imzalanaraq göndərildiyi tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.
Qaydaların 3.6-cı bəndinin əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, 18 noyabr tarixdə düzəliş üçün göndərilən elektron qaimə-faktura 7 dekabr tarixdə düzəliş edilərək təqdim edilə bilər.
Eyni zamanda, düzəliş edilərək geri qaytarılan elektron qaimə-fakturada düzəliş edilən məlumatlar cari elektron qaimə-fakturanın təsdiq edildiyi hesabat dövrü üzrə təqdim edilən vergi bəyannamələrində əks olunaraq nəzərə alınmalıdır.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi uçotu A-dan-Z-yə
2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
3. Əmək Qanunvericiliyi Toplusu 2023
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
7. Mühasibat uçotu 2022
8. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın