Müddətli əmək müqaviləsi 8 illik bağlana bilər?
Satışı yekunlaşmaqda olan "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə
Əmək Məcəlləsinin 45-ci maddəsində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Təcrübədə rast gəlinən suallardan biri odur ki, işəgötürən işçi ilə 5 ildən çox müddətə əmək müqaviləsi imzalaya bilər.
Mİsal. İşəgötürən tenderin nəticəsinə uyğun olaraq yol çəkilişi işlərini 8 il ərzində həyata keçirəcək. İşəgötürən qərar verir ki, yol çəkilməsinə cəlb etdiyi mühəndislə əmək müqaviləsini 8 illik bağlasın. Bəzi həmkarlarımız hesab edirlər ki, müddətli əmək müqaviləsi 5 ildən çox davam edə bilməz. Ancaq bu, belə deyil. Əmək Məcəlləsinin 45-ci maddəsinin birinci cümləsində qeyd edilir ki, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. O səbəbdən də, müddətli əmək müqaviləsi 8 illik ola bilər və işəgötürən həmin müddət bitdikdən sonra işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi – “əmək müqaviləsinin müddətinin qurtarması” ilə xitam verə bilər.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi uçotu A-dan-Z-yə
2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
3. Əmək Qanunvericiliyi Toplusu 2023
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
7. Mühasibat uçotu 2022
8. ƏMAS platforması A-dan - Z-yə 2022
1 Komment
Fikrət 12 Sentyabr 2023
Salam. "Müddətli əmək müqaviləsi"nin müddətinin qurtarması ilə xitam verilmə qaydası necədir? Yəni sənədləşmə ardıcıllığı necə aparılmalıdır? Təşəkkür edirəm
Şərh yazın