Tabel nə üçün lazımdır, müəssisənin fəaliyyəti bu sənədsiz mümkündürmü?
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə
Sualın ikinci hissəsindən başlasaq, ona qısa şəkildə belə cavab vermək olar: Bəli, bu sənədsiz olmaz. Hər şeydən əvvəl işçilərin işlədiyi iş saatlarının dəqiq uçotu aparılmaldır ki, əmək haqları da düzgün hesablanaraq ödənilsin. Mühasibatlıqda hər bir əməliyyat mütləq sənədlərlə təsdiqini tapmalıdır. Tabel olmadan bunu həyata keçirmək mümkün deyil. Əgər həmkarlarımızdan kimsə bu məqsədlə başqa bir sənəddən istifadə etmək istəyəcəksə, bu, artıq “velosiped icad eləməyə” cəhd olacaq. Qısası, iş vaxtının uçotunun aparılması üçün tabeldən başqa hər hansı uyğun sənəd hələki mövcud deyil.
Sualın birinci hissəsinə gəlincə, tabel mühasibatlıqda işçilərə əmək haqqı hesablanmasının bazası, onlar tərəfindən işlənmiş vaxtın kəmiyyət uçotunu əks etdirən ilkin uçot sənədidir. Tabelin aparılması, xüsusilə natamam iş vaxtlarında çalışan işçilər üçün daha aktualdır, çünki belə işçilər işlədikləri vaxta uyğun əmək haqqı alırlar.
Tabeli mülkiyyət formasından və əməyin ödənilməsinin hansı sistemini tətbiq etməsindən asılı olmayaraq, hətta bir muzdlu işçisi olan bütün fiziki və hüquqi şəxslər aparmalıdır. Tabel təkcə işçilər tərəfindən işlərin yerinə yetirilməsini sübut edən ilkin uçot sənədi deyil, o həm də nəzarət funksiyasını həyata keçirir. Məsələn, tabeldə işçilərin üzrsüz səbəbdən işə gəlməməsi, tam iş vaxtında işdə olmaması da əks etdirilir. Ona görə də təsərrüfat subyektinin ölçüsündən, işçilərin sayından və vergiqoyma sistemindən asılı olmayaraq bütün işəgötürənlər tabel uçotunu aparmalıdırlar. Yeri gəlmişkən, qanunvercilikdə iş vaxtının uçotunun aparılmamasına görə işəgötürənə hər hansı məsuliyyət tədbirinin tətbiqi nəzərdə tutulmur.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi uçotu A-dan-Z-yə
2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
3. Əmək Qanunvericiliyi Toplusu 2023
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
7. Mühasibat uçotu 2022
8. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın