Mütəxəssisə 30 gün yox 21 gün əmək məzuniyyəti müəyyən edildikdə, rəhbər yoxsa HR cərimələnəcək?
Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə
İndi isə konkret misallar üzərindən inzibati cərimələrin tətbiq olunduğu vəzifəli şəxslərin müəyyən edilməsi qaydasını nəzərdə keçirək.
Mİsal. Hüquqi şəxs olan işəgötürən mütəxəssis vəzifəsində çalışan mühasibin əmək məzuniyyətini 30 gün yox, 21 gün müəyyən edib. Dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq işçinin məzuniyyət hüquqlarının pozulmasına görə vəzifəli şəxsə inzibati cərimə tətbiq edilir. Bu halda inzibati cərimə hansı vəzifəli şəxsə tətbiq ediləcək: hüquqi şəxsin rəhbərinə, yoxsa insan resursları menecerinə?
Suala konkret cavab vermək mümkün deyil, çünki dövlət qurumunun vəzifəli şəxsi yoxlama zamanı müəyyən etdiyi faktlar əsasında qərar verir ki, inzibati cərimə hansı vəzifəli şəxsə tətbiq edilsin. İşəgötürən iddia edə bilər ki, məzuniyyət günlərinin səhv müəyyən olunması insan resursları üzrə mütəxəssisin vəzifə səlahiyyətlərinə aiddir, inzibati xətanın baş verməsində onun günahı yoxdur. Dövlət qurumunun vəzifəli şəxsi işəgötürənlə eyni qənaətdə olarsa, o zaman vəzifəli şəxs kimi insan resursları üzrə mütəxəssisi inzibati məsuliyyətə cəlb edəcək.
Digər hal da mümkündür. İşəgötürən iddia edir ki, əmək qanunvericiyindəki “mütəxəssis” anlayışının mühasibə tətbiq olunması düzgün deyil. Çünki həmin vəzifədə çalışan işçinin ali təhsili olmadığı üçün ona 30 gün məzuniyyət təyin olunması qanunvericiliyə ziddir. Bu səbəbdən də, əmək müqaviləsində məzuniyyət günlərinin 21 gün müəyyən edilməsinə qərar verilib. Bu zaman dövlət qurumu inzibati cəriməni insan resursları üzrə mütəxəssisə yox, rəhbər şəxsə (işəgötürənə) tətbiq edəcək.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi uçotu A-dan-Z-yə
2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
3. Əmək Qanunvericiliyi Toplusu 2023
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
7. Mühasibat uçotu 2022
8. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın