Qısaldılmış iş vaxtı ilə işləyən işçilərlə bağlı əmr necə hazırlanmalıdır? (Nümunəvi forma)

Qısaldılmış iş vaxtı ilə işləyən işçilərlə bağlı əmr necə hazırlanmalıdır? (Nümunəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Oxucularda sual doğura bilər ki, işçi birinci ərizə formasında həftəlik 35 saatlıq, ikinci ərizəsində isə daha az həftəlik 32 saatlıq qısaldılmış iş vaxtı istəyir, amma Əmək Məcəlləsində həftədə 36 saatlıq iş vaxtından söhbət gedir. Məcəllədə hamilə işçilər üçün qısaldılmış iş vaxtının həftə ərzində 36 saatdan çox olmaması (maksimum hədd) müəyyənləşdirlib. İşəgötürənin və işçi daha az müddətli həftəlik iş rejimi üçün razılaşa bilərlər. Ola da bilər ki, bu barədə kollektiv müqavilələrdə əlavə müddəalar nəzərdə tutulsun. Qanunvericilik bunu qadağan etmir.

İndi isə işçisinin ərizəsinə uyğun olaraq əmrin nüminəvi formasını təqdim edirik. Əmrin tərtibi zamanı nəzərə alın ki, qısaldılmış iş vaxtı ilə işləyən işçilər əmək haqqını əvvəlki qaydada, işlədikləri saatlara mütənasib şəkildə yox, tam məbləğdə almalıdırlar. Bu, qanunvericiliyin tələbidir. Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtının əsas fərqlərindən biri də elə budur.

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Beyləqan şəhəri                                                           11 avqust 2022-ci il

Hamilə işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsi haqqında

Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının

11 avqust 2022-ci il tarixli ərizəsinə əsasən onunla imzalanmış 13 iyun 2016-cı il tarixli və ___ №-li əmək müqaviləsinə 1 №-li Əlavə razılaşmaya uyğun olaraq

ƏMR EDİRƏM:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinin tələblərinə uyğun olaraq 12 avqust 2022-ci il tarixindən başlayaraq Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının hamiləliyi müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) ona beş günlük iş həftəsi üzrə saat 10:00-dan 18:00-dək qısaldılmış gündəlik iş vaxtı təyin edilsin.
  2. Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə normal iş vaxtı üçün müəyyən olunan əmək haqqının tam məbləğdə ödənilməsini təmin etsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Direktor _______ Nəbili N.N.

 

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

11 avqust 2022-ci il

 

__________ Əzimova Z.Q.

11 avqust 2022-ci il

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın