ƏMAS-da analıq və əmək məzuniyyətinə çıxan işçinin ştatı ləğv olunur?

ƏMAS-da analıq və əmək məzuniyyətinə çıxan işçinin ştatı ləğv olunur?

Satışı yekunlaşmaqda olan “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

Qeyd etdiyimiz kimi, işçinin işə qəbul olunması üçün mütləq vakant ştat mövcud olmalıdır.  Maraqlıdır ki, sosial məzuniyyətə çıxan və ya əmək qabiliyyətini uzun müddətə itirən işçi ilə bağlı hansı addımlar atılır, belə işçilərin yerinə işçi qəbulu prosesi necə tənzimlənir? Təcrübədə qanunvericiliyin tələblərinə uyğun olaraq analıq məzuniyyətinə çıxan işçinin ştatı ləğv olunmur.  Bəs, bu məsələlər ƏMAS altsistemində necə həll edilir? Misal üzərində baxaq.

Mİsal. İşəgötürən qərar verir ki, direktor 4 ayliq əmək qabiliyyətini müvəqqəti  itirdiyi üçün başqa bir şəxs onun vəzifəsinin icra etsin. Bu zaman əvəzetmədən istifadə olunmur, sadəcə, həmin vəzifəyə başqa şəxs 4 ay müddətli əmək müqaviləsi ilə qəbul edilir.

İşəgötürən ƏMAS platformasında prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirməlidir:

Birinci addım. İşəgötürən ƏMAS altsistemində “Struktur əməliyatları” bölməsinin “Təşkilatın strukturu” altbölməsinə daxil olur. Həmin bölmədə vəzifənin aid olduğu strukturu taparaq, “Ştatlara baxış” düyməsini sıxır.

Bu zaman lazım olan müvafiq ştatla bağlı məlumatda həmin ştatın təsdiqlənməsi və tutulması haqqında informasiya təqdim olunacaq:

İşəgötürən sol tərəfdəki sonuncu düymənin üzərinə sıxmaqla “ştat məlumatları” altbölməsinə daxil olmalıdır:

İşəgötürən ştatın vakant elan edilməsi üçün “Vakant et” düyməsindən istifadə etməlidir:

“Vakant elan et” düyməsini sıxdıqdan sonra həmin vəzifənin tutulmaması qeyd olunacaq:

İkinci addim. İşçini 4 aylıq müddətə işə qəbul edərkən, artıq vakant ştat elan edilən bölməni seçmək lazımdır. Əmək müqaviləsi bildirişi bölməsinə daxil olduqda direktor vəzifəsi vakant olaraq təqdim ediləcək:

Digər maraqlı məqam, 4 aylıq müddət başa çatdıqdan sonra əmək qabiliyyəti bərpa olunmuş işçinin (köhnə direktorun) vəzifəyə geri qaytarılmasının sistemə necə qeyd edilməsidir?

Bu zaman işəgötürən öncəki səhifədə qeyd etdiyimiz metodla ştatın üzərindən “Ştat məlumatları” altbölməsinə daxil olaraq “Tutulmuş elan et” düyməsini sıxmalıdır:

Təbii ki, bundan öncə 4 aylıq müddətə işə qəbul edilən işçinin (təzə direktorun) əmək müqaviləsinə xitam verilməldir ki, vakansiyanın tutulmuş elan edilməsi mümkün olsun.

Bəzi həmkarlar hesab edirlər ki, sözügedən funksiya ƏMAS altsistemində yenidir, e-gov.az informasiya sistemində həmin prosesi həyata keçirmək mümkün olmurdu. Ancaq bildiririk ki, e-gov.az sistemində həmin funksiya mövcud idi, orda da “Vəzifəni azad et” düyməsindən istifadə etmək lazım gəlirdi.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər