Natamam iş vaxtının tətbiqi zamanı hansı məqamlar nəzərə alınmalıdır?
Satışına START verilən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə
Natamam iş vaxtının tətbiqi zamanı nəzərə alın:
- Natamam iş vaxtı (natamam iş günü və ya iş həftəsi) işçi ilə işəgötürənin razılığı əsasında müəyyən olunur;
- Natamam iş vaxtı konkret müddət üçün müəyyən olunmaqla yanaşı, müddətsiz də ola bilər;
- Nataman iş vaxtı barədə şərtlər işçi işə qəbul olunanda - onunla bağlanılmış əmək müqaviləsində əks etdirilməklə və ya işləyən işçi ilə - əmək müqaviləsinə əlavə razılaşma imzalanmaqla həyata keçirilə bilər;
- Bəzi işçilərə münasibətdə (əgər işçinin belə tələbi olarsa) natamam iş vaxtının təyin olunması işəgötürənin öhdəliyidir. Məsələn, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadın işçilər;
- Natamam iş vaxtı şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir;
- Natamam iş vaxtında işləyən işçilərin əmək stajının hesablanması adi qaydada həyata keçirilir;
- Natamam iş vaxtı ilə bağlı məlumatlar işçinin əmək kitabçasına yazılmır;
- Natamam iş vaxtı ilə işləməyə keçid həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə mümkündür;
- Natamam iş vaxtı ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
6. Mühasibat uçotu 2022
7. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın