İş vaxtının tabel uçotunu kim tərtib etməlidir?

İş vaxtının tabel uçotunu kim tərtib etməlidir?

Satışına START verilən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

 

Tabellə əlaqəsi olan əsas sənəd işçilərə əmək haqqı hesablanması cədvəlidir. Tabel imkan verir ki, işəgötürən işçiyə vəzifə (tarif) maaşına uyğun hesablama aparsın. Məsələn, işçi fevral ayında olan 21 iş günündən 18-ni işləyib. Başqa sözlə desək, 167 saatlıq aylıq normanın 144 saatını çalışıb. İşçinin aylıq vəzifə (tarif) maaşı təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq 1000 manatdır. Bu şərtlər daxilində işçinin fevral ayında əmək haqqı aşağıdakı qaydada hesablanacaq:

1000 x 144 / 167 = 862,3 manat.

Bu hesablama zamanı istifadə olunan 18 gün (144 saat) rəqəmləri məhz iş vaxtının tabelindən götürülür. Ancaq tabel işçilərin gördüyü işin uçotu baxımından yeganə sənəd olmaya da bilər. Məsələn, əməyin ödənilməsinin işəmuzd sistemində işlərin yerinə yetirilməsini əks etdirən müxtəlif sənədlərdən istifadə olunur. Ancaq bu sistemdə də işçinin işə çıxmasını əks etdirən sənəd tabeldir.

İş vaxtının tabel uçotunu kimin tərtib etməsi (aparması) artıq müəssisənin daxili məsələsidir. Tabeli kim tərtib edəcəksə, bu məsələ mütləq onun vəzifə təlimatında yazılmalıdır. Bu məsələdə əsas faktor müəssisədə çalışanların sayı və təşkilati strukturdur. Beləliklə, tabeli ayrıca işçi də apara bilər, struktur bölmələrinin rəhbərləri də, mühasib də. Yaxşı olar ki, orta və iri müəssisələrin sənəd dövriyyəsi ilə bağlı əsasnaməsində tabellə bağlı məsələlər (kim aparır, mühasibatlığa təqdim etmə vaxtları və sair) əks etdirilsin. Belə müəssisələrdə tabel uçotunun aparılması ilə bağlı ayrıca bir siyasət sənədi də qəbul etmək olar.

Tabel cədvəlinə müəssisənin ştat cədvəlində nəzərdə tutulan vəzifələrə uyğun müddətli və müddətsiz əmək müqaviləsi bağlayaraq çalışan bütün işçilər daxil edilir. Tabeldə müəssisədə əsas və əlavə iş yeri kimi çalışan bütün işçilərin adları və soyadları əks etdirilir. İşəgötürənlə xidmət müqaviləsi bağlayanlar isə tabel cədvəlinə daxil edilmir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər