İşçinin məzuniyyət hüququndan istifadə etdikdə, əsas və əlavə məzuniyyətlər üzrə bölgü necə həyata keçirilir?

İşçinin məzuniyyət hüququndan istifadə etdikdə, əsas və əlavə məzuniyyətlər üzrə bölgü necə həyata keçirilir?

Satışına Start verilən “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə


Mİsal  İşçinin iş ili üzrə 30 günlük əsas, 6 günlük əlavə məzuniyyət hüququ var. İşçi 20 günlük əmək məzuniyyətindən istifadə etdikdə, həmin məzuniyyət günlərinin əsas və əlavə məzuniyyətlər üzrə bölgüsü necə həyata keçirilməlidir?

 Əmək Məcəlləsinin 138-ci maddəsinin birinci hissəsinə əsasən, məzuniyyətlə bağlı əmrdə (sərəncamda, qərarda) verilən məzuniyyətin növü mütləq qeyd edilməlidir. O səbəbdən də, işəgötürən əmrində qeyd etməlidir ki, işçiyə verilən məzuniyyət əsas, yoxsa əlavə məzuniyyətə aiddir. Əgər işəgötürən əmrdə, sadəcə “əmək məzuniyyəti” sözündən istifadə edibsə, o zaman işçinin əmək müqaviləsinə xitam verilərkən, kompensasiya hesablanması zamanı fərdi əmək mübahisəsi yaranacaq. Çünki Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək münasibətlərinə xitam verilərkən Məcəllənin 115-ci və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Yəni, əlavə məzuniyyətə görə işçiyə kompensasiya ödənilməsi Əmək Məcəlləsində nəzərdə tutulmayıb. O səbəbdən, həmkarlarımıza əmrdə məzuniyyətin növünü qeyd etməyi məsləhət görürük.

Mütənasiblik məsələsi də maraqlıdır. Hesab edirik ki, daha düzgün yanaşma uzun müddətli əmək məzuniyyətindən istifadə zamanı əsas və əlavə məzuniyyətlər üzrə mütənasibliyin gözlənilməsidir. Misalımıza uyğun olaraq, işçi 20 günlük məziniyyət hüququndan istifadə edirsə, o zaman əmrdə mütənasiblik qorunmaqla, 17 gün əsas və 3 gün əlavə məzuniyyətin qeyd edilməsi daha düzgün olardı.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər