İşəgötürən niyə müəssisədaxili intizam qaydalarını tətbiq etməlidir? (Nümunə ilə əsaslandırma)

İşəgötürən niyə müəssisədaxili intizam qaydalarını tətbiq etməlidir? (Nümunə ilə əsaslandırma)

Satışına START verilən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Qeyd edək ki, Əmək Məcəlləsinin 9 maddəsində (10, 11, 95, 103, 182, 183, 185, 186 və 190-cı maddələr) müəssisədaxili intizam qaydalarından bəhs edilir. Yeri gəldikcə, onların bəzilərini nəzərdən keçirəcəyik.

İndi isə əsas suala cavab tapmağa çalışaq: Əmək Məcəlləsi və digər əlaqəli qanunvericilik aktları olan yerdə, müəssisədaxili intizam qaydalarına nə ehtiyac var?

Qaydaların qəbulu, ilk növbədə tənzimlənməsi müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmayan məsələlərin həlli üçün vacibdir. Əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlarda, o cümlədən əsas sənəd olan Əmək Məcəlləsində xeyli açıq məsələ var ki, bunlar məhz müəssisədaxili intizam qaydalarının tətbiqi yolu ilə tənzimlənməlidir. Bu gün ölkəmizdə əmək mübahisələrinin böyük bir hissəsi, məhz əmək qanunvericiliyi vasitəsilə tənzimlənməsi işəgötürənin öhdəsinə buraxılan məsələlərin açıq qalması, hər hansı lokal sənədlə nizamlanmaması səbəbindən yaranır. İşəgötürən belə məsələləri əmək müqaviləsində və müəssisədaxili intizam qaydalarında əks etdirilən normalar çərçivəsində nizamlamalıdır. Fikrimizin aydın olması üçün konkret nümunələrə baxaq.

 Nümunə 1. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçi bu barədə işəgötürəni hansı qaydada və müddətdə məlumatlandırmalıdır? Yəqin razılaşarsınız ki, bu, çox aktual sualdır və əksər həmkarlarımızın gündəlik iş prosesində rastlaşdığı problemlərdəndir. Əmək qanunvericiliyində xəstəlik vərəqəsi açdırmış işçinin bu barədə işəgötürəni məlumatlandırması barədə hər hansı tələb yoxdur. Bəzən olur ki, işçi əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən işə gəlmir və işçinin işə hansı səbəbdən gəlməməsini bilməyən işəgötürən üzrsüz səbəbdən işə gəlməməyə görə işçiyə intizam tənbehinin ən ağır növünü – işdən azad olunmanı tətbiq edir. İşçi isə əmək qabiliyyəti bərpa olunduqdan sonra işə çıxır və işəgötürənə işdə üzrlü səbəbdən olmaması barədə sənədi - xəstəlik vərəqini təqdim edir. 

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 202

 

 

0 Komment

    Şərh yazın