DSMF niyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işçidən izahat tələb edir?

DSMF niyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işçidən izahat tələb edir?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Təcrübədə həmkarlarımızın narazlıq etdiyi məsələlərdən biri də, işəgötürənlərin əmək qabiliyyətinin itirilməsi ilə bağlı son haqq-hesab təqdim etməsinə baxmayaraq DSMF orqanının əlavə sənədlər tələb etməsidir.
MİsaL. İşəgötürən DSMF-ə xəstəlik vərəqəsi təqdim edir ki, işçinin ayağında sınıq olduğu üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verib. Bu zaman DSMF işəgötürəndən tələb edir ki, işçi ayağındakı zədənin hansı şəraitdə olması ilə bağlı izahat təqdim etsin. DSMF-nin izahat tələb etməsində məqsəd odur ki, hadisənin istehsalatda bədbəxt hadisə ilə əlaqəli olub-olmamasını araşdırsın. Çünki 189 saylı qərarla təsdiq edilən Əsasnamənin 107-ci bəndinə əsasən, qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.
Göründüyü kimi, istehsalatda bədbəxt hadisə baş verdiyi halda sığortaedən təqsirli hesab olunarsa, o zaman əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği DSMF ödəmir.

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

1 Komment

  1. Fuad 26 Yanvar 2023

    Salam.işçi xadimə vəzifəsində işləyir.Xadimənin məzuniyyət hüququ 21 gündür. əlilliyi olduğu üçün ona 42 təqvin günü ona məzuniyyət verilir.işçi işdən çıxanda 6 ay məzuniyyət qalığı qalıb.işdən çıxanda istifadə etmədiyi məzuniyyət günləri neçə gün olar

Şərh yazın

Xəbərlər