DSMF nıyə işəgötürəndən xəstəlik kağız təqdim edən işçinin əmək haqqı məbləğilə bağlı əlavə arayışı tələb edir?

DSMF nıyə işəgötürəndən xəstəlik kağız təqdim edən işçinin əmək haqqı məbləğilə bağlı əlavə arayışı tələb edir?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

DSMF tərəfindən işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilməsi prosesində rast gəlinən hallardan biri də işçinin müəyyən dövrlər üzrə əmək haqqı haqqında arayışın tələb edilməsidir. Arayışın hansı halda tələb olunması ilə bağlı nüansı misalla izah edək.
MİsaL. İşəgötürən 2023-cü ilin mart ayının əvvəlində DSMF-ə işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəli təqdim edib. Əsasnaməyə uyğun olaraq işçinin son 12 ayda qazancları qeyd edildiyi üçün 2023-cü ilin fevral və yanvar ayları üzrə əmək haqqı göstəriciləri də son haqq-hesab cədvəlində qeyd edilib. Amma işəgötürən vergi orqanına işçinin əmək haqqı ilə bağlı olan vahid bəyannaməni 2023-cü ilin aprel ayının 20-dək təqdim etməlidir. Bu halda DSMF orqanı işçinin əmək haqqı göstəricilərini vahid bəyannamə ilə tutuşdura bilmədiyi üçün işəgötürəndən həmin aylar üzrə arayış tələb edə bilər.

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

1 Komment

  1. Ismayil 30 Yanvar 2023

    Salam men xlor ve kislatda isleyirem men nece il islemeliyem ki pensiya cixim xais edirem komek edin

Şərh yazın

Xəbərlər