Əmək Məcəlləsində yeni əlavə məzuniyyət növü (2-ci yazı)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Əmək Məcələsinə yeni əlavə məzuniyyət növü daxil edilib.
Qanuna əsasən, Əmək Məcəlləsinə əlavə məzuniyyətlə bağlı yeni 118-1-ci maddə əlavə edilib:
Maddə 118-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir..
Maddədən göründüyü kimi, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər üçün 5 günlük əlavə məzuniyyət müəyyən ediləcək.
0 Komment
Şərh yazın