RƏSMİ! Əmək Məcəlləsinə Yeni ANLAYIŞ daxil edildi (1-ci yazı)

RƏSMİ! Əmək Məcəlləsinə Yeni ANLAYIŞ daxil edildi (1-ci yazı)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Əmək Məcələsininin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” bölməsinə yeni anlayış əlavə edilib


2-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla).
Maddədən göründüyü kimi, işğaldan azad edilmiş ərazilərində çalışan şəxslərə fərqli yanaşma tətbiq edilir. Qanunun tələbinə əsasən, həmin mütəxəssis üç şərtə cavab verməlidir:
Birinci tələb odur ki, , işçi peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədinə malik olmalıdır. Yəni işçi yalnız orta məktəbi bitiribsə, o zaman anlayış həmin şəxsə tətbiq olunmayacaq.
İkinci tələb işçinin əmək stajı ilə bağlıdır. Həmin tələbə əsasən, işçinin son 60 ay ərzində ən azı 24 ay əmək ştajı olmalıdır. Maddədən göründüyü kimi, işçinin son 5 ildə fasiləli və ya fasiləsiz olmasından asılı olmayaraq ən azı 24 ay ştat tələbi qoyulur.
Üçüncü və ən əsas tələb odur ki, işçi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs olmalıdır. Anlayışın tətbiq olunmasında məqsəd Əmək Məcəlləsində həmin ərazilərdə çalışan şəxslərə digər ərazilərdə çalışan şəxslərdən fərqli yanaşma tətbiq edilməsidi.
Növbəti yazımızda həmin şəxslərə Əmək Məcəlləsində tətbiq ediləcək fərqli yanaşmalar haqqında məlumat verəciyik.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın