İşəgötürənin işçi haqqında məlumatları sistemə gec daxil etməsi qanun pozuntusudur?

İşəgötürənin işçi haqqında məlumatları sistemə gec daxil etməsi qanun pozuntusudur?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Təcrübədə olur ki, işçi müəyyən müddət işləsə də, onun əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilmir. Həmin səhv müəyyən müddətdən sonra aradan qaldırıldığı halda, Dövlət Əmək Müfəttişliyi xidməti pozuntuya görə inzibati cərimə tətbiq edə bilər?
Mİsal 1. İşəgötürən tərəfindən 2022-ci ilin yanvar ayında işçi ilə kağız formada əmək müqaviləsi bağlanaraq əmək haqqı hesablanması həyata keçirilib. İşəgötürən fevral ayında öyrənib ki, əmək müqaviləsi elektron informasiya sisteminə işlənməyib və problemi gec də olsa, aradan qaldırıb. Dövlət Əmək Müfəttişliyi tərəfindən inzibati cərimə tətbiq edilməsi mümkündür?
Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Amma misalımızdan görünür ki, işəgötürənin məqsədi qeyri-formal məşğulluğu təmin etmək deyil. Çünki işəgötürən tərəfindən işçiyə əmək haqqı hesablanması, icbari ödənişlərin dövlət qurumlarına bəyan edilməsi həyata keçirilib. Sadəcə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsindəki inzibati xəta Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədiyi halda işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tətbiq edilir.
Bu halda mümkündür ki, dövlət qurumu yüngülləşdirici hal kimi, cərimənin aşağı həddini tətbiq etsin. Bəzən isə dövlət qurumu müəyyən edir ki, işəgötürən hər hansı texniki səhv (bildirişin imzalanmaması və s.) nəticəsində əmək müqaviləsinin bağlanması bildirişini elektron informasiya sistemində qeydiyyata salmayıb, o halda da inzibati cərimə tətbiq etməyə bilər. Amma dövlət qurumu inzibati protokol tərtib edərsə, qanunvericiliyin tələblərini pozmuş hesab edilməyəcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər