ƏMAS-dakı məlumatların əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamlarla hansı əlaqəsi var?

ƏMAS-dakı məlumatların əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamlarla hansı əlaqəsi var?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

İşəgötürənlər ƏMAS altsistemində dəyişiklikləri, xüsusilə əmək haqqı ilə bağlı düzəlişləri operativ olaraq həyata keçirməlidirlər. ƏMAS altsistemində daxil olduqda təqdim edilən xəbərdarlığı nəzərdən keçirək:
“Hörmətli sığortaedənlər,
2021-ci ilin iyun ayından başlayaraq əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişləri vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsisteminə daxil etməyən sığortaedənlər tərəfindən göndərilən məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlə bağlı haqq-hesab cədvəllərində qeyd olunan real vəzifə maaşları onlar tərəfindən möhür və imza ilə təsdiq olunmuş və sistemə daxil edilmiş arayış nəzərə alınmaqla emal olunurdu.
Bildiririk ki, sözügedən halın müddətli və güzəştli xarakter daşıdığı mütəmadi olaraq sığortaedənlərin diqqətinə çatdırılmış və sığortaolunanların əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişlərin vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi ilə bağlı tövsiyələr verilmişdir.
Nəzərinizə çatdırmaq istəyirik ki, verilən güzəşt müddətindən bir ilə yaxın zaman keçdiyini nəzərə alaraq 1 iyul 2022-ci il tarixdən etibarən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişləri vaxtında müvafiq altsistemə daxil etməmiş sığortaedənlər tərəfindən təqdim edilən məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlər üzrə haqq-hesab cədvəllərinin vəzifə maaşlarını təsdiq edən arayış əsasında emal olunaraq ödənişə göndərilməsi dayandırılacaq və Nazirliyin “Əmək və məşğulluq” altsistemində sığortaolunanların faktiki əks olunan vəzifə maaşı nəzərə alınacaqdır.
Məlum edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Qeyd olunanları nəzərə alaraq gələcəkdə problemlər yaranmaması üçün əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişlərin vaxtlı-vaxtında Nazirliyin “Əmək və məşğulluq” altsistemində yenilənməsini sığortaedənlərdən bir daha xahiş edirik.”
İşəgötürən işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna haqq-hesab göndərir. Həmin haqq- hesab cədvəlində işçinin tarif (vəzifə) maaşı da qeyd edilir.
Mİsal. İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə bağlı təqdim etdiyi haqq-hesab cədvəlində işçinin may və iyun 2022-ci il tarixlərinə tarif (vəzifə) maaşını 520 manat qeyd etsə də, ƏMAS altsistemində həmin dövrə əmək haqqı 400 manat göstərilib. İşəgötürən həmin 520 manatı vergi orqanına təqdim etdiyi bəyannamədə qeyd edib. Bu zaman dövlət qurumu işəgötürəndən izahat tələb edir ki, niyə vergi orqanına təqdim etdiyi hesabatda 520 manat qeyd etdiyi halda, ƏMAS altsistemində 400 manat qeyd olunub. Mümkündür ki, halda işçi həmin dövrdə məzuniyyətdə olsun. Bu zaman təsdiqedici sənədlər tələb edilir.
O da mümkündür ki, işəgötürən 2022-ci ilin may ayında əmək haqqı artımı nəticəsində tarif (vəzifə) maaşını 400 manatdan 520 manata artırıb, ancaq ƏMAS altsistemində düzəliş həyata keçirilməyib. DSMF-nin məsul qurumu işçinin həmin dövrdə aylıq gəlirini 400 manat yox, 520 manat nəzərə alacaq. Qeyd edilən səbəbləri nəzərə alaraq, işəgötürənlər ƏMAS platformasında əmək haqqı dəyişikliyini operativ həyata keçirilməlidirlər ki, əmək qabiliyyətinin itirilməsi ilə bağlı haqq-hesab cədvəlində əlavə izahat və suallara ehtiyac yaranmasın.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın