ƏMAS altsistemində “Xitamın səbəbi” bölməsi necə doldurulır? (2 misalla izah)

ƏMAS altsistemində “Xitamın səbəbi” bölməsi necə doldurulır? (2 misalla izah)

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinin əsası əmrdə mütləq qeyd olunmalıdır. ƏMAS altsitemində əmək müqaviləsinin xitamına əsas verən maddələrin siyahısı təqdim edilib:

Əmək müqaviləsinə xitamla bağlı maddənin seçilməsi zamanı fərqli yanaşma olan məsələni misal üzərində nəzərdən keçirək.

Mİsal.  İşəgötürən işçinin ərizəsinə uyğun olaraq bir təqvim ayı öncədən xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam verib. Bu zaman xitamla bağlı əmrdə Əmək Məcəlləsinin 68.2 (a), yoxsa 69.1 maddəsi qeyd olunmalıdır?

Suala fərqli cavablar mövcuddur. Bəzi həmkarlarımız hesab edirlər ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyənləşdirdiyi üçün həmin maddəyə də istinad edilməlidir. Bu fikirdə olanların digər digər əsaslandırması isə ondan ibarətdir ki, 69-cu maddənin adı “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” olduğu üçün, əmək müqaviləsinə xitamın əsası hesab edilə bilməz.

Digər fərqli yanaşmaya görə, Əmək Məcəlləsinin 69-cu maddəsində “qayda” ifadəsinin qeyd edilməsi texniki səhv kimi qiymətləndirilməlidir. Çünki Əmək Məcəlləsinin 76-cı maddəsində qeyd edilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, əmək müqaviləsinə xitamın əsası olaraq 69-cu maddəyə istinad edilməsi qanunvericilikdə nəzərdə tutulub.

Mİsal. İşçi 10 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət edərək əmək müqaviləsinə 10 sentyabr 2022-ci tarixdən xitam verilməsini xahiş edir. İşəgötürən işçinin əmək müqaviləsinə xitamın əsasını aşağıdakı şəkildə qeyd etməlidir:

 

İşəgötürən “Xitamın əsası”bölməsində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə də istinad edə bilər:

İşəgötürənin qeyd olunan maddələrdən birinə istinad etməsində qanun pozuntusu olmasa da, tövsiyə edərdik ki, əsas kimi Əmək Məcəlləsinin 69.1-ci maddəsini göstərsinlər. Çünki həmin maddədə əmək müqaviləsinə xitamın əsası daha konkret qeyd edilib.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər