ƏMAS-ın öncəki proqram təminatından üstün cəhətləri hansılardır? (6 MƏQAM)

ƏMAS-ın öncəki proqram təminatından üstün cəhətləri hansılardır? (6 MƏQAM)

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

10 may 2022-ci il tarixdən tətbiq edilən Əmək Münasibətləri və Məşğulluq Altsisteminin (ƏMAS) tətbiq olunduğu ilk vaxtlarda həmkarlarımız xeyli texniki problemlərlə qarşılaşsalar da, yeni platformaya keçidin üstünlükləri danılmazdır. Həmin tarixə qədər tətbiq edilən elektron informasiya sistemi ilə münasibətdə ƏMAS aşağıdakı üstünlüklərə malikdir.
Birincisi, ƏMAS-da əmək müqavilələrini elektron formada tərtib etmək imkanı var. Əvvəlki elektron sistemə əmək müqaviləsinə aid əksər göstəricilər daxil edilsə də, yekunda elektron əmək müqaviləsi yox, əmək müqaviləsi bildirişini əldə etmək mümkün olurdu.
İkinci üstün cəhət xitam əmrlərinin elektron formada hazırlanması imkanıdır. Gələcəkdə işə qəbul, əmək məzuniyyəti və əmək münasibətlərinə aid digər əmr formalarının da elektron qaydada hazırlanması nəzərdə tutulub.
Üçüncü məqam imzalanan bildirişlərin gələcək dövrdə hüquqi qüvvəyə minməsini təmin etməkdir. Yəni ƏMAS işəgötürənə gələcək tarixlər üçün əmr imzalanması hüququ verir. Misal üçün, işəgötürən 22 avqust 2022-ci il tarixdə hazırladığı xitam əmrində işçinin 31 avqust 2022-ci il tarixdə işdən azad olunacağını qeyd edib. Bu halda ƏMAS sistemi əmək müqaviləsinə xitamı avtomatik olaraq avqust ayının son günündə həyata keçirəcək.
Dördüncü üstünlük əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinə xitamın işəgötürənlərə qeydiyyat (qaralama) variantının təqdim edilməsidir. Dövlət Vergi Xidmətinin elektron qaimə-fakturanın təqdim edilməsi zamanı həyata keçirdiyi yeniliyin ƏMAS altsistemində tətbiqi nəticəsində işəgötürən əmək müqaviləsini imzalamazdan öncə sənədin qaralama variantını hazırlaya bilir. Beləliklə, sənədin üzərində dəyişikliklər etmək imkanı qazanan işəgötürən gələcəkdə baş verə biləcək texniki səhvlərdən sığortalanmış olur.
ƏMAS-ın beşinci üstün cəhəti proqram təminatında bildirişlərin etibarsız hesab olunması və ya əmək müqaviləsi bildirişi üzrə keçmiş tarixə icazə müraciəti yaradılması imkanının təqdim edilməsidir. Proqram təminatında həmin bölmə aktiv edilməyənədək işəgötürənlər bu məsələ ilə bağlı rəsmi müraciətlərini kağız vasitəsilə edirdilər.
Nəhayət, altıncı məqam işçilərin yaş qrupları və təhsil səviyyələri haqqında məlumatların hesabat formasında təqdim edilməsidir ki, bu da proqramın üstünlüyü hesab edilməlidir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər