İşçi iş ilinin 7-ci ayında 30 günlük əmək məzuniyyəti hüququndan istifadə edə bilər?

İşçi iş ilinin 7-ci ayında 30 günlük əmək məzuniyyəti hüququndan istifadə edə bilər?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Təcrübədə əmək məzuniyyəti ilə bağlı mübahisə yaradan məsələlərdən biri də, işçinin iş ili üzrə məzuniyyət günlərinə tam hüququnun yaranması halıdır.
Mİsal. Mütəxəssis vəzifəsində çalışan işçi ilk iş ilinin 7-ci ayında 30 günlük əmək məzuniyyəti hüququndan istifadə haqqında işəgötürənə ərizə ilə müraciət edir. İşəgötürən bildirir ki, işçiyə 30 gün əmək məzuniyyəti düşmür, iş ilini tam işlədiyi halda onun həmin müddətə hüququ yaranacaq. İşəgötürən hesab edir ki, işçi tam 6 ay işlədiyi üçün 7-ci ayda ona yalnız 15 günlük əmək məzuniyyəti təqdim oluna bilər. İşəgötürənin bu cür yanaşması əmək qanunvericiliyinin tələblərinə uyğundur?
Əmək Məcəlləsinin 131-ci maddəsinin birinci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmçinin, həmin maddənin üçüncü hissəsində qeyd edilir ki, işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Maddədən göründüyü kimi, işçinin əmək məzuniyyəti hüququnun yaranması vaxtı qeyd edilib, ancaq məzuniyyət müddətinin işlədiyi dövrə mütənasib hesablanması barədə tələb yoxdur. Məzuniyyət günləri üzrə şərtləndirmə Əmək Məcəlləsində nəzərdə tutulmayıb. O səbəbdən də, ilk iş ilinin 7-ci ayinda işçinin həmin iş ilinə görə əmək məzuniyyətindən tam olaraq istifadə hüququ yaranır. Həmçinin, işəgötürənin razılığı ilə növbəti iş ilinin birinci ayında da həmin iş ilinin məzuniyyət günlərindən tam şəkildə istifadə etmək hüququ var.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər