ƏMAS-da “İcrada olan əmək müqaviləsi bildirişləri” bölməsi ilə struktur arasında hansı əlaqə mövcuddur?

ƏMAS-da “İcrada olan əmək müqaviləsi bildirişləri” bölməsi ilə struktur arasında hansı əlaqə mövcuddur?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə


Öncəki bölmələrdə (əmək müqaviləsinin bağlanılması və əmək müqaviləsinə dəyişikliklər) əmək müqaviləsi bildirişlərinin imzalanması prosesində “İcrada olan əmək müqaviləsi bildirişləri” bölməsi haqqında məlumat vermişik. Belə ki, əmək müqaviləsi bildirişlərinin imzalanması zamanı öncə sənədin qeydiyyata alınması, başqa sözlə desək, “qaralanma” variantında saxlanılması həyata keçirilir. Bu zaman həmin əmək müqaviləsi bildirişi “İcrada olan əmək müqaviləsi bildirişləri”nə aid edilir.

Sənəd təsdiq olunduqdan sonra “Əmək müqaviləsinə dəyişikliklər” və ya “Qüvvədə olan əmək müqaviləsi” bölmələrinə transfer olunur.
Bir məsələni bir daha xatırlatmaq istərdik ki, icrada olan əmək müqaviləsi bildirişi olduğu halda strukturun nüsxələnməsi funksiyası aktiv olmayacaq:
O səbəbdən də “İcrada olan əmək müqaviləsi bildirişləri” məsələsində diqqətli olmaq lazımdır. Təcrübədə rast gəlinən hallardan biri də, işəgötürənin əmək müqaviləsinə dəyişikliyi qeydiyyata aldıqdan sonra sənədi “Asan imza” və ya “Elektron imza” ilə imzalamağı unutmasıdır. İşəgötürənin dövri olaraq “İcrada olan əmək müqaviləsi bildirişləri” bölməsini nəzərdən keçirməsi məqsədəuyğundur.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın